Səhiyyə Nazirliyindən ölkəyə gətirilən saxta dərmanla bağlı növbəti AÇIQLAMA

Səhiyyə Nazirliyindən ölkəyə gətirilən saxta dərmanla bağlı növbəti AÇIQLAMA
SAĞLAMLIQ
17:07 15.12.2017
2008
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) mətbuatda Türkiyənin "Universe Pharma İlaç San. ve Tic. Ltd Şti” şirkətinin istehsalı olan "Oksiam – B” göz damcısına Səhiyyə Nazirliyi Sanitariya-Karantin Müfəttişliyi tərəfindən gigiyenik sertifikatın verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, APA-nın Mərkəzə istinadən verdiyi məlumata görə, AEM-in Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyası tərəfindən laborator analizi aparılan və saxta olduğu müəyyən edilən "Oksiam – B” göz damcısı həm tərkib, həm də qablaşdırmasında bəzi nüanslara görə Sanitariya-Karantin Müfəttişliyinə gigiyenik sertifikat verilməsi üçün təqdim olunan nümunədən fərqlənir.

"Gigiyenik sertifikat üçün təqdim olunan "Oksiam-B” göz damcısının qablaşdırmasında tərkib hialuron turşusu 0,2%  və B12 vitamini 50 mkq göstərildiyi halda, satışda olan və ekspertiza üçün təqdim olunan "Oksiam-B” göz damcısı nümunəsinin qablaşdırması üzərində tərkibində hialuron turşusu 0,2% və B12 vitamini 50 mkq ilə yanaşı, sitikolin 2% olduğu qeyd olunub. 

Aparılan laborator analiz nəticəsində isə nümunənin qutusunun üzərində göstərilmiş miqdarla müqayisədə sitikolin təsiredici maddəsinin çox az olması, həcminin 8.6 ml olması (qablaşdırmanın üzərində 10 ml göstərildiyi halda), "pH” göstəricisinin istehsalçının analiz sertifikatında göstərilən yuxarı limitdən çox olması, nümunənin ilkin qablaşdırmasında olan məhlulun istehsalçının analiz sertifikatında göstərdiyi kimi xarici görünüşünün rəngsiz deyil, açıq çəhrayı rəngdə olması aşkarlanıb.

Sertifikatla təmin olunan tibb vasitəsinin qablaşdırması və saxta vasitənin qablaşdırması arasında fərqlərə gəldikdə isə, bildiririk ki, sertifikat üçün təqdim olunan nümunənin üzərində həcmin 10 ml olması göstərilib, lakin satışda olan nümunənin qablaşdırması üzərində həcm göstərilən hissə boş saxlanılıb. Həmçinin sertifikatla təmin olunan nümunənin qablaşdırmasında rənglər solğun və yazılar qabarıq olmadığı halda, əksinə, saxta nümunənin qablaşdırması üzərində rənglər parlaq, yazılar isə qabarıq formadadır. Bundan əlavə saxta nümunənin qablaşdırması içərisində istehsalçı şirkətin əmtəə nişanı göstərilib. Bununla da, Səhiyyə Nazirliyi Sanitariya-Karantin Müfəttişliyinə gigiyenik sertifikat üçün təqdim olunan və müvafiq sertifikatla təmin edilən "Oksiam – B” göz damcısının satışda olan "Oksiam – B” göz damcısından fərqləndiyi və satışda olan vasitələrin saxta olduğu müəyyən edilib”, - deyə AEM-dən bildirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhunun ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldı
13:29 11.09.2025
Ceyhunun ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldı
Prezidentdən 1,5 milyonluq - Sərəncam
13:13 11.09.2025
Prezidentdən 1,5 milyonluq - Sərəncam
Emin Əmrullayev: Valideynləri sinif təmirinə kimsə məcbur edə bilməz
13:11 11.09.2025
Emin Əmrullayev: Valideynləri sinif təmirinə kimsə məcbur edə bilməz
İlqarə Kazımova: Efirdə çıxıb hansısa mövzuda danışmaq marağımda deyil
13:11 11.09.2025
İlqarə Kazımova: Efirdə çıxıb hansısa mövzuda danışmaq marağımda deyil
Marsda həyatın olduğu sübut edilə bilər - Qayalardan bəbir naxışlar aşkarlandı
13:09 11.09.2025
Marsda həyatın olduğu sübut edilə bilər - Qayalardan bəbir naxışlar aşkarlandı
Məktəblərdə rus bölmələri bağlanacaq? - RƏSMİ AÇIQLAMA
13:07 11.09.2025
Məktəblərdə rus bölmələri bağlanacaq? - RƏSMİ AÇIQLAMA
Təyyarədə sərnişinlərin əl “baqaj”larından oğurluq edənlər saxlanıldı
12:58 11.09.2025
Təyyarədə sərnişinlərin əl “baqaj”larından oğurluq edənlər saxlanıldı
"Müəllim" və "ibtidai" sözlərini yaza bilməyənlər uşaqlarımıza dərs deyib" - Nazir
12:56 11.09.2025
"Müəllim" və "ibtidai" sözlərini yaza bilməyənlər uşaqlarımıza dərs deyib" - Nazir
Sabah leysan yağacaq, temperatur enəcək
12:52 11.09.2025
Sabah leysan yağacaq, temperatur enəcək
Nazir: Məktəblərdə "fond pulu" adı altında vəsait yığılması qanunsuzdur
12:47 11.09.2025
Nazir: Məktəblərdə "fond pulu" adı altında vəsait yığılması qanunsuzdur
Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"
12:42 11.09.2025
Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"
Şirvanda 3 kiloqram marixuananı şüşə qablarda gizlədən şəxs saxlanıldı
12:36 11.09.2025
Şirvanda 3 kiloqram marixuananı şüşə qablarda gizlədən şəxs saxlanıldı
Həkimə getmədi, ChatGPT-dən soruşdu - Az qala həyatını itirəcəkdi
12:32 11.09.2025
Həkimə getmədi, ChatGPT-dən soruşdu - Az qala həyatını itirəcəkdi
Tramp Qətərin bombalanmasına görə Netanyahunu danladı
12:25 11.09.2025
Tramp Qətərin bombalanmasına görə Netanyahunu danladı
"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama
12:19 11.09.2025
"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama
Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
12:18 11.09.2025
Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb