Səhiyyə nazirliyindən vacib addım: Koronavirusu izləmək üçün suda sınaqlar aparılacaq

Səhiyyə nazirliyindən vacib addım: Koronavirusu izləmək üçün suda sınaqlar aparılacaq
SAĞLAMLIQ
14:44 05.04.2023
335
Cənubi Koreyada COVID-19 epidemiyasının gedişatını izləmək üçün böyük şəhərlərdəki tullantı sularında həftəlik sınaqların aparılacağı bildirilib. 

AZXEBER.COM xarici kiv-ə istinadən xəbər verir ki, Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (KCDA) tullantı sularının COVID-19 epidemiyasının monitorinqinin daha davamlı və ucuz metoduna imkan verəcəyini açıqlayıb. 

Açıqlamada, tullantı sularının sınaqdan keçirilməsinin COVID-19-dan başqa digər epidemiyaları da aşkarlaya biləcəyi ifadə edilib. Bu çərçivədə, ölkənin böyük şəhərlərindəki 64 çirkab su mərkəzində sınaqların həftədə ən azı bir dəfə aparılacağı qeyd olunur.

"Biz inanırıq ki, tullantı sularının sınaqdan keçirilməsi epidemiyanı izləmək üçün daha təsirli bir yol olacaq", - deyə KCDA-nın Epidemiyalar üzrə Direktoru Li Sanq-von bildirib.

Qeyd edək ki, Cənubi Koreya epidemiyaya qarşı mübarizə çərçivəsində geniş COVID-19 testləri keçirib və yoluxmanın qarşısını almaq üçün komendant saatı, maskalar və məsafə kimi ciddi tədbirlər həyata keçirib. Həmçinin, 2022-ci ilin əvvəlindən ölkədə COVID-19 tədbirləri mərhələli şəkildə ləğv edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR