Səhiyyə Nazirliyinin rəsmisindən koronavirus peyvəndi ilə bağlı VACİB AÇIQLAMA

SAĞLAMLIQ
15:36 11.02.2021
1370
"Koronavirus (COVID-19) vaksininin peyvənd təqviminə salınması təkcə Azərbaycanda deyil, bütün dünyada müzakirə olunur”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bunun üçün koronavirus pandemiyasından xilas olmalıyıq:

"Bundan sonra peyvəndin özünün necə aparması izlənilməlidir. Düşünürəm ki, bu infeksiya daim bizimlə yaşayacaq. Ola bilsin ki, hansısa ölkədə infeksiya yenidən alovlana və sönə bilər. Əsas məsələ bu infeksiyanı keçirən insanlarda immunitetin nə qədər davamlı olmasıdır”.

"Peyvəndin nə qədər müddət təsirli olması da izlənilir. Əgər bu 6-9 ay çəkirsə, o zaman yenidən peyvənd vurula bilər. Hər bir ölkə bunu nəzərə alıb, COVID-19 peyvəndini təqvimə sala bilər. Bunun üçün zaman lazımdır”, - deyə o əlavə edib.
 
///Oxu.Az

OXŞAR XƏBƏRLƏR