"Səhnəmizdə elə şəxs tanıyıram ki, öz qızını "qazanc" dalınca Dubaya göndərir"
ŞOU-BİZNES
21:07 24.11.2011
2281
Populyar prodüser və klipmeyker Zorik Azərbaycan şou-biznesinin nümayəndələri haqda şok məlumatlar açıqlayıb.o, Day.Az saytına müsahibəsində şou-biznesdə çirkinliklərin tamaşaçıların gördüklərindən və bildiklərindən qat-qat çox olduğunu söyləyib. O, konkret ad çəkməsə də, bəzi müğənnilər haqda şahidi olduğu faktları açıqlayıb: "İşlədiyim xanım müğənnilərdən biri gözümün qarşısında anasına şillə vurub. Onun daha bir həmkarı çəkilişə tələsdiyi vaxt alt paltarını soyuducudan tapmışdı. Səhnəmizdə elə şəxs tanıyıram ki, öz qızını "qazanc" dalınca Dubaya göndərir. Elə müğənnimiz var ki, özünü Azərbaycanın ən qlamur ulduzu kimi təqdim edir, əslində isə əsl alverçidir. Bütün bunları dəqiq bilirəm! Elə qadın və kişi ifaçılarımız var ki, kokain iyləmədən və ya anaşa çəkmədən səhnəyə çıxmırlar. Qoy, bu insanlar efirdən tamaşaçılara əxlaq, ləyaqət dərsi keçməyə son qoysunlar!"