Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə iştirak edəcək

İDMAN
10:37 21.01.2012
1181

Cəbəllütariqdə keçiriləcək turnirin qalibi 20 min funt sterlinq məbləğində mükafatın sahibi olacaq

Gələn həftə - yanvarın 24-də Cəbəllütariqdə beynəlxalq şahmat festivalı start götürəcək. Festivalın əsas open-turnirində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov iştirak edəcək. Şahmatçımız 2747 əmsalla yalnız rusiyalı Pyotr Svidlerdən (2749) geri qalaraq turnirin ikinci reytinq-favoritidir. Yarışda, həmçinin Maykl Adams (İngiltərə, 2724), Zoltan Almaşi (Macarıstan, 2717), Le Kuanq Lyem (Vyetnam, 2714), Yudit Polqar (Macarıstan, 2710), Aleksey Şirov (Latviya, 2710), Viktor Lazniçka (Çexiya, 2704), Emil Sutovski (İsrail, 2703) və digər tanınmış şahmatçılar iştirak edəcəklər. “Masters” turnirində 56 ölkədən 246 şahmatçının iştirak edəcəyi gözlənilir. Onlar İsveçrə sistemi üzrə 10 turda oynayacaqlar. Turnirin qalibi 20 min funt sterlinq məbləğində mükafatın sahibi olacaq, gümüş və bürünc mükafatçılar isə müvafiq surətdə 12 və 10 min məbləğində mükafat alacaqlar.

OXŞAR XƏBƏRLƏR