Şəhriyar Məmmədyarov Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirinin blits mərhələsinin qalibi olub.
Moskvada keçirilən nüfuzlu yarışda 9 turdan sonra 7.5 xal toplayan millimizin lideri ən yaxın rəqibi Levon Aronyanı 2 xal qabaqlayaraq çempion olub.
Maraqlıdır ki, həmyerlimiz şəxsi görüşdə də Aronyanı mat qoyub. V turda baş tutan matçın 61-ci dəqiqəsində təslim olan erməni şahmatçı taleyi ilə barışmalı olub.
Qeyd edək ki, turnirin əsas mərhələsi bu gün start götürəcək
Qrossmeysterimiz ilk turda Yevgeni Tomaşevski ilə qarşılaşacaq.
///qaynarinfo