Səhv göndərilən mesaj 24 yaşlı gənci azadlıqdan məhrum etdi

Səhv göndərilən mesaj 24 yaşlı gənci azadlıqdan məhrum etdi
Bütün Xəbərlər
08:03 29.09.2012
4116
İngiltərədə üzgüçülük müəlliminin texnikadan düzgün istifadə etməməsi məhkəmənin onun barəsində verdiyi həbs qərarı ilə nəticələnib. Belə ki, 24 yaşlı Kreyq Evansın sevgilisinə yazdığı seksual məzmunlu mesaj səhvən telefon kitabçasında olan hamıya göndərilib.
Qeyd edək ki, telefon kitabçasında Evansın 13 – 14 yaşlı kurs şagirdlərinin nömrələri də olduğu üçün valideynlər onu məhkəməyə verib. Mesajları maddi dəlil kimi qəbul edən məhkəmə “azyaşlıları intim münasibətə dəvət etdi” iddiası ilə Evans barəsində 18 ay həbs qərarı verdi.
London apelyasiya məhkəməsi isə verilən həbs qərarını qəbul etməyib. Məhkəmə, eyni mesaj Kreyq Evansın ailə üzvlərinə də göndərildiyi üçün bunun səhvən baş verdiyini qəbul edərək cəzanı 9 aya endirib və təxirə salıb.
OXŞAR XƏBƏRLƏR