Müğənni həyat yoldaşı ilə xasiyyətləri uyğun gəlmədiyindən ayrıldığını deyib: “Ailə qurduğum şəxsdən hansı səbəbdən boşanmağımı bütünlüklə deyə bilmərəm. Sadəcə, onu bildirirəm ki, xasiyyətimiz uyğun gəlmədi. O isə mətbuatda haqqımda fikirlər səsləndirdi. Hər zaman demişəm ki, kişi xeylağı gərək ailəsi barəsində mətbuatda, orda-burda danışmasın. Həyatda elə dəyərlər var ki, onlar müzakirə olunmamalıdı. Bu adam ailəsini müzakirə etməklə, haqqımda fikir söyləməklə nə demək istəyir? Onunla evli olduğum müddətdə sayəmdə reklam olunmağını hiss etməmişdim. Amma xalqın gözü tərəzidir. İnsanlar baxsınlar, özləri bir qərar versinlər. O, özünü mənim adımla reklam etmək istəyir”.
Müğənni publika.az saytına onu da bildirib ki, valideynləri onun Səlcuq Gökgözlə evlilik həyatına son vermək qərarını dəstəkləyiblər: “Boşanmaq istəyəndə atam, o cümlədən ailəmizin digər üzvləri seçimimə hörmətlə yanaşdılar. Dedilər ki, seçim sənindir. Sənə necə rahatdırsa, onu da et. Mən də öz seçimimi etdim. Peşman deyiləm”. Səlcuq Gökgöz AZXEBER.COM-a məsələ ilə bağlı eksklüziv açıqlama verib: “Əvvəla Səidə xanımın ailəsinə hörmətlərimi çatdırıram. Atası Rafael Dadaşova, bacısı və qardaşına böyük hörmətim var. Bəli, biz ailə qurduq, lakin Səidə xanım mənlə heç vaxt yola getmədi. Sonda mən başa düşdüm ki, Səidə xanım mənimlə sadəcə uşaq “yapmaq” və türk vətəndaşı olmaq üçün evlənibmiş. Lakin elə Səidə xanımın özündən asılı olan səbəblərdən uşağımız olmadı. O, başı işləməyən, ancaq qəlbi gözəl olan insandır. Buna baxmayaraq, mən onun hər gecə evə saat 3-də, 4-də gəlməsinə, mənə qarşı təhqirlərinə dözə bilmədim. Artıq İzmirdəyəm və rahat yaşayıram. Səidə xanım öz seçimini etdi, bunu hamı çox yaxşı bilir. Ona uğurlar arzulayıram və başqa bir şey demirəm. Biz mədəni şəkildə ayrılmışıq. Allah hamıya xeyirli övlad və əxlaq versin.”
Qeyd edək ki, S.Gökgöz Səidə ilə ailə qurmazdan əvvəl ABŞ-ın Denver ştatında yaşayıb və orada NATO-da 26 il müfəttiş işləyib. O, bir dəfə ailə qurub və ayrılıb. Bir qız övladı var.