Səidə Sultan: "Məndən heç kəs inciməsin, artıq qızlarda kişiləşmə gedir"

Səidə Sultan: "Məndən heç kəs inciməsin, artıq qızlarda kişiləşmə gedir"
ŞOU-BİZNES
10:51 16.09.2011
2140
Gənc populyar müğənni Səidə Sultanın müsahibəsi.- "Şıltaq qızcığaz" Səidə Sultanın şəxsi və səhnə həyatında nə kimi yeniliklər var?- Yeniliklər coxdur, özü də lap çox, hamısı beynimdədir. Mən istədiyim yeniliklər küllü miqdarda maliyyə tələb edir. O, da ki, yoxdur... Yeni mahnılar isə çoxdur. Maliyyən oldu, sənnən yoxdur (gülür).- Bəs maliyyə problemi səncə necə həll ola bilər? Sponsor sizin də yaralı yerinizdir?- Sponsor adını elə ucuzlaşdırıblar ki, artıq sponsor adı gələndə hamının ağlında başqa bir şey formalaşır. Mənim heç bir vaxt sponsorum olmayıb, artıq 10 ildir səhnədəyəm, nə etmişəm, pis-yaxşı, öz gücümə eləmişəm. Mən də istərdim ki, başqa ölkələrdə olduğu kimi şirkətlərlə işləmək. Amma təəssüf ki, bizdə bu mümkün deyil...- Qeyd etmişdiniz ki, "arzularımın kişisini hələ tapmamışam", sizcə o necə xarakterli birisi olmalıdır?- Düzünü desəm, bu gedişlə heç tapmayacam (gülür) Mənə elə gəlir ki, məndən heç kəs inciməsin, artıq qızlarda kişiləşmə gedir (gülür).- Səidə Sultan bir az kişi xarakterli olduğu üçün bəlkə ona yaxınlaşmağa ehtiyat edirlər? Bəs risk edərək "açıq sevgi etirafları" edənlər necə, heç olub?- Onu bax, düz deyirsiniz, o xarakter məndə çoxdur. Getdiyim dost məclislərində də həmişə mənə "Səidə bizim bratımızdı" belə təqdim edirlər (gülür). Arada özlüyümdə deyirəm, axı mən qızam, "bratelnik" yox. Düzünü desəm, özümə xoşdur. Sevgi etirafına qələndə isə çox olub, olacaq da. Sadəcə olaraq, mən istəyəni yoxdur.- Səidə xanım, söyləmisiz ki, "varlı ər axtarıram". Bəlkə bu sözə görə sizə yaxınlaşmağa cəsarət etmirlər?- Mənə elə gəlir ki, hər bir kişi pul qazanmağı bacarmalıdır. Yəni daşdan da pul çıxarmalıdır. Kasıbçılıq da ayıb deyil ki. Kasıb ol, mərd ol! Amma hər bir qız istəyir ki, evində xanım olsun. Ər qazansın, arvad yesin (gülür).- Sizi, özünüzü vulqar aparmaqda günahlandırırdılar, siz isə "sadəcə, zövqüm belədir" demisiniz. Geyim mövzusunda nə deyərdiz?- Hansı vulqar geyimdən danışırlar? Yaşına, bədən ölçülərinə uyğun olmayan vulqar geyinənlərə, özlərini vulqar aparanlara niyə söz deyilmir? Çünki deyə bilmirlər... Görəndə bilmirlər neyləsinlər...- Səmimiyyətlə davam edən söhbətimizə sənətlə bağlı bir sual əlavə edim. Paxıllığınızı çəkən sənət adamları varmı hal-hazırda?- Onu bilirəm ki, mənim qabağa getməməyimi istəyənlər çoxdur. Buna görə əlləşib-vuruşan insanlar da var, pislik etmək istəyən də. Amma neyləmək olar, hər şeyin vaxtı, zamanı var. Belə bir məsəl var ki, "çayın qabağını daşla tuturlar ki, su gəlməsin, amma o su yenə daşın arasından sızıb keçir". Qoy o insanlar da əllərindən nə gəlirsə, eləsinlər.- Sözü üzə deməyi bacarırsınız. Arxanızca danışanlardan kiməsə haqq-hesab sormusunuzmu?- Düzünü desəm, mübahisə etməyi xoşlamıram. Dəymə mənə, dəyməyim sənə. Sözü tam üzə deməyi də xoşlamıram əslində, amma bir də görürsən, insan özü məcbur edir ki, sözü üzünə deyirsən ki, ayılsın, "bespontovıy" hərəkətlər eləməsin. Elə insanları sevmirəm, yəni el dilində "qanacaqsız" insanları. Amma kiminsə dalınca danışmağa gələndə, haqqına danışmışam. Çünki üzünə deyirsən, başa düşmür.- Nə zamansa aldadılıb, peşiman olduğunuz məqamlar olubmu?- Səhvlərimə peşiman olmuşam hərdən. Məsələn, sözə qulaq asmamaq, öz bildiyimi eləmək həmişə peşimançılığa səbəb olub. Anamı cox incitmişəm. Bəzən elə olur ki, mən hələ də özümü balaca qızcığaz kimi hiss eləyirəm (gülür). Məsələn, ailəmdə deyirlər ki, bu adam yaxşı insan deyil, ondan sənə dost olmaz. Mən isə əksinə deyirəm. Başım daşa dəyəndə, deyirəm aaa... düz deyirlərmiş, kaş onların sözünə əməl edəydim vaxtında. Özüm də hamıya tez inanıram. Sevmirəm bu xasiyyətimi.- Səidə xanımın sürücülük vəsiqəsi varmı? Deyəsən qaydaları tez-tez pozursunuz?- Qaydalar hamı üçün qanundur. Əlbəttə, sürücülük vəsiqəm var. Elə şey olar ki, olmasın? Mənə elə gəlir ki, hər kəs qanuna riayət etməlidir, amma arada şuluqluq edirəm, o da arada (gülür).- Maşınınızı tez-tez dəyişirsiniz, indi hansı maşındır sizdə?- Kasıbın olanından... Onu bilirəm ki, 4 dənə təkəri var, motor da 4.8-dir, özü də yaxşı gedir (gülür).- Elə bir məqam olubmu ki, hansısa şou-proqramda, ya verilişlərdə sizin sevmədiyiniz sənət adamlarından biri olsun və sözünüz düz gəlməsin?- Yox, elə bir şey olmayıb. Xoşuma gəlməyən məclisdə olanda, heç özümü o yerə də qoymuram, fikir vermirəm.- Gəlinlik paltarınızın ağ rəngdə olmayacağınızı söyləmisiniz, bunu nə üçün belə fikirləşmisiniz? Hər kəsdən seçilmək üçün, yoxsa fərqlilik gətirmək üçün?- Nə vaxt demişəm, heç mənim yadımda deyil (gülür). Aaa,mən demişəm (gülür)? O, Allahın qismətidir, nə vaxt qismət olarsa, geyinərəm. Fərq eləməz, ağ ya qara, əsası odur ki, xoşbəxtçilik olsun.- Gündəmi çalxalayacaq bir hadisə etməyi planlaşdırırsan?- Təzə mahnılarım var. Bir layihəmiz də var, inşallah, Allah qismət etsin, yaxşı olar. Qabaqcadan nə deyim? Yaşayarıq görərik...
/// milli.az
OXŞAR XƏBƏRLƏR