Şəki bazarı yanıb, yoxsa yandırılıb? - ŞOK İDDİALAR

Şəki bazarı yanıb, yoxsa yandırılıb? - ŞOK İDDİALAR
SOSİAL
15:24 12.10.2016
1225

Bu gün səhər saatlarında Şəki bazarında güclü yanğın hadisəsi baş verib və nəticədə bazarın bir hissəsi yanıb. 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Şəki şəhərində ümumi sahəsi 2 ha olan "Şəki Bazar” ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteyneri və 20 ədəd satış piştaxtasının yanar konstruksiyaları və içərisində olan mallar 1200 kvadrat metr sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib. İlkin məlumata görə, yanğına səbəb elektrik qısa qapanması olub. Satıcılar onlara külli miqdarda ziyan dəydiyini deyir. Əksəriyyətinin mağazasının sığortası yoxdur. Dəymiş ziyanın necə kompensasiya olacağı ilə bağlı isə onlara hələ ki, heç kim heç nə demir. Satıcılar çoxlu sayda nisyə mal verdiklərini, nisyə dəftərlərinin yandığını deyirlər. 

Etibarlı mənbələrdən aldığımız məlumata görə, yanğının elektrik qısa qapanmasından baş verdiyi deyilsə də, bazarda çalışanlar buna inanmır. Onlar bazarın qəsdən yandırıldığını iddia edirlər. Səbəb olaraq isə müxtəlif iddialar var. İddialardan biri odur ki, bazar Şəki şəhərinin mərkəzində yerləşdiyi üçün hansısa sahibkar həmin ərazini alıb və orada otel tikdirmək istəyir. 

Bazarda çalışanlar buradan köçmədikləri üçün bu yolla bazarda çalışanları köçürmək istəyirlər. Digər iddia isə bir neçə ay əvvəl Şəkinin çöl yolu deyilən ərazisində yeni bazarın açılması ilə bağlıdır. Çöl yolunda bazar açılsa da, bazarda çalışanlar yeni bazara köçmək istəmir. Satıcılar və mağaza sahibləri yeni bazara köçməmələrinin səbəbini çöl yolu adlanan ərazinin şəhərin mərkəzindən uzaq və orada alver imkanlarının məhdud olması ilə izah edirlər. 

Ona görə də, bazarda çalışanların bir qismi onların məcbur qalıb, yeni bazara köçmələri üçün bazarın qəsdən yandırıldığını iddia edirlər. İndiki bazarın ərazisinin isə otellə yanaşı, avtodayanacaq olacağı barədə də iddialar var. Xatırladaq ki, 3 il əvvəl də bu bazarda yanğın baş vermişdi. (musavat.com)


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
15:56 07.03.2026
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
15:48 07.03.2026
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
15:31 07.03.2026
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
15:21 07.03.2026
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
15:05 07.03.2026
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı