Şəki sakini arvadını zorlamaq istəyən atasını boğdu - TƏFƏRRÜAT

Şəki sakini arvadını zorlamaq istəyən atasını boğdu - TƏFƏRRÜAT
Bütün Xəbərlər
12:34 13.05.2013
2876
Şəki şəhər sakini Anar Qasımov doğma atası Məzahir Qasımovu boğmaqla onun həyatına son qoyub.Hadisəyə səbəb mərhumun gəlini ilə yaxınlıq etmək istəməsi olub. Məhkəməyə verdiyi ifadəsində Anar Qasımov göstərib ki, atası uzun illər spirtli içki qəbul edib və sərxoş həyat tərzi sürüb. Bundan başqa, atası onun birinci arvadı Səbinə Musayeva (ad şərti verilib) ilə cinsi əlaqədə olmaq istəyib və bu məqsədlə gəlinini öz yatağına aparıb.Bu vaxt Məzahirin arvadı onları bir yerdə tutub. Baş verən biabırçılıq nəticəsində daha həmin ailə ilə birlikdə yaşaya bilməyəcəyini düşünən Səbinə ər evini birdəfəlik tərk edib, Anar Qasımov isə başqa bir qızla ailə həyatı qurub.“İkinci dəfə avqust 3-də Lalə (ad şərti verilib) adlı qızla ailə qurdum. Lakin atam öz çirkin niytyətindən yenə əl çəkmədi”, - deyə təqsirləndirilən şəxs bildirib.Bir gün Məzahir Qasımov ilə Anar arasında mübahisə düşüb. Atası Anarı təhqir etməyə başlayıb.“Yeməkdən sonra anam bazarlıq etmək üçün məndən 5 manat pul aldı və Laləni də özü ilə götürüb mağazaya getdi. Anamgili qapıdan yola salıb evə qayıdanda gördüm ki, atam pilləkəndə oturub. O, anamın harada olduğunu soruşduqda, Lalə ilə birlikdə mağazaya getdiklərini bildirdim. Atam: "Birinci arvadınla cinsi əlaqədə olmağa imkan vermədiniz, onu qaçırdınız evdən. İndi heç olmasa bu arvadı mənimlə bölüş, xeyri yoxdur, onsuz da arvadını sənin gözünün qarşısında zorlayacağam”, - dedi.Onun bu sözlərindən bərk əsəbiləşdim. Atam əsəbiləşdiyimi görüb, evə gedib öz çarpayısında oturdu. Atamın arxasınca evə keçdim və oturduğu çarpayıya yaxınlaşdım, qarşısında diz çöküb hərəkətlərinə son qoymasını xahiş etdim. Lakin atam mənə məhəl qoymayaraq bir az əvvəl dediyi sözləri yenidən təkrarladı. Atamın biabırçı hərəkətləri son həddə çatmışdı. Əsəblərimi cilovlaya bilmədim, həm arvadımın, həm də evdəkilərin canını qurtarmaq üçün onun üstünə atıldım. Sol əlimlə üzündən çarpayıya basdım, sağ əlimlə isə boğazından tutub boğmağa başladım”, - deyə Anar Qasımov bildirib.Daha sonra isə atasını öldürdüyünü polisə etiraf edib. Məhkəmənin hökmü ilə Anar Qasımov 8 il müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR