Şəki sakini yol qəzasında öldü

Şəki sakini yol qəzasında öldü
Bütün Xəbərlər
21:57 27.07.2015
806
Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza İsmayıllı- Qaraməryəm- Balakən magistral yolunun Oğuz rayonu Dəymədərə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Şəki şəhər sakini, 1976-cı il təvəllüdlü Elşən Nəsib oğlu Mustafayev idarə etdiyi “VAZ ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.Hadisə nəticəsində "qapalı kəllə beyin zədəsi" alan Elşən Mustafayev Oğuz Mərkəzi Rayon Xəstəxanasına gətirilib.Oğuz Mərkəzi Rayon Xəstəxanasından ANS PRESS- ə verilən məlumata görə, sahər saat 9 radələrində xəstəxanaya daxil edilən E. Mustafayev xəsarətlərin ağırlığından xəstəxanada 09:30-da keçinib.
OXŞAR XƏBƏRLƏR