Şəkidə bədbəxt hadisə baş verib.Orta Zəyzid kənd sakini olan 2 gənc suda boğularaq dünyasını dəyişib. AZXEBER.COM xəbər verir ki, Fövqaladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki rayonu Vərəzət kəndi ərazisində süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 85 km aralı, nəzarətsiz ərazidə) 1995-ci il təvəllüdlü Sadiq Kamran oğlu Zəkəriyayev və 1995-ci il təvəllüdlü Röyal Etibar oğlu Əhmədovun batması barədə xəbər daxil olub. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. S.Zəkəriyayev və R.Əhmədovun cəsədləri batdığı yerdən tapılaraq sudan çıxarılıb. Əməliyyat saat 22:14-də başa çatıb. Zəyzid kənd icra nümayəndəliyindən ANS PRESS-ə hər iki gəncin cəsədinin məhkəmə tibbi ekspertizadan sonra ailələrinə təhvil verildiyi və batan gənclərin bu gün dəfn ediləcəyi bildirildi.