Şəki rayonunda bədbəxt hadisə baş verib. AZXEBER.COM Unikal-a istinadən xəbər verir ki, Şəki rayonunun Cəyirli kənd sakini, 1993-cü il təvəllüdlü Abuzər Əsgərov kənd ərazisində su kanalına düşüb. O, dərhal xəstəxanaya aparılsa da, yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.