Şəkidə avtomobil çaya aşıb, xəsarət alan var

Şəkidə avtomobil çaya aşıb, xəsarət alan var
SOSİAL
00:25 12.06.2017
519
Şəki rayonunda avtomobil çaya aşıb.
 
"Report"un Şimal-qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində baş verib.
 
Belə ki, Şəki sakini Tural Bəlyar oğlu Həbillayev idarə etdiyi 55-BU-586 dövlət nömrə nişanlı "VAZ-21015" markalı avtomobillə 20 Yanvar küçəsi ilə hərəkətdə olarkən anidən idaretməni itirib maşını Qurcana çayına aşırıb. Nəticədə avtomobildə olan sərnişinlərdən biri - Leyla Vaqif qızı Əlixanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona boyun nayihəsinin qapalı travması diaqnozu qoyulub.
 
Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR