Şəki rayonunda avtomobili arxaya verən sürücü bilmədən bədbəxt hadisə törədib.
Şəki Rayon Polis Şöbəsindən verilən məlumata əsasən, bədbəxt hadisə rayonun Çayqaraqoyunlu kəndində qeydə alınıb.Belə ki, Turan qəsəbə sakini, 46 yaşlı Elxan Məmmədov “Ford” markalı avtomaşını arxaya hərəkət etdirərkən kənd sakini, azyaşlı Kamal Musayevi vurub. Nəticədə uşaq hadisə yerindəcə keçinib.Faktla bağlı Şəki Rayon Polis Şöbəsində araşdırma başlanılıb.