Şəkidə dağlıq ərazidə yanğın başlayıb

Şəkidə dağlıq ərazidə yanğın başlayıb
HADİSƏ
23:15 30.07.2025
648
Şəkidə bir sıra çöllük ərazilərdə yanğın hadisəsi qeydə alınıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarından rayonun Cumakənd kəndinin inzibati ərazisindəki dağlıq ərazidə, kol-kos, quru ot və biçilmiş taxıl sahələrində yanğın başlayıb.

Artıq 8 saatdır ki, ərazidə yanğın davam edir. Yanğının 100 hektardan çox ərazini əhatə etdiyi bildirilir.

Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 50-dən çox şəxsi heyəti cəlb edilib.
OXŞAR XƏBƏRLƏR