Şəkidə DƏHŞƏTLİ HADİSƏ - fəhlə özünü meşədə asdı

Şəkidə DƏHŞƏTLİ HADİSƏ - fəhlə özünü meşədə asdı
SOSİAL
11:00 05.02.2022
247
Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsində fəhlə işləyən 54 yaşlı kişi özünü meşəlik ərazidə asaraq intihar edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir, hadisə fevralın 4-ü axşam saat 22 radələrində rayonun Kiş kənd inzibati ərazisində meşəlik ərazidə baş verib.

1968-ci il təvəllüdlü, Kiş kənd sakini Tahir Hidayət oğlu Cumayevin meyiti ağacdan asılı vəziyyəıtdə aşkar edilib. İlkin araşdırma zamanı onun hələki istintaqa məlum olmayan səbəbdən intihar etdiyi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR