Şəkidə iki uşaq anası intihar etdi

Şəkidə iki uşaq anası intihar etdi
Bütün Xəbərlər
01:25 31.03.2015
1657

Faktla bağlı cinayət işi başlanıb.

Şəkidə iki uşaq anası intihar edib.AZXEBER.COM xəbər verir ki, Şəki Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Baş Layısqı kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü Şəhanə Vəli qızı Salahova yaşadığı evin eyvanında özünü asaraq intihar edib. Mərhumun cənazəsi ailə üzvləri tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.

Şəki Şəhər Polis Şöbəsindən verilən məlumata görə, Şəhanə Salahova iki azyaşlı övlad anasıdır.Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR