Şəkidə iki uşaq anası özünü asdı

Şəkidə iki uşaq anası özünü asdı
Bütün Xəbərlər
10:24 04.02.2012
1337

Mərhumun hansı səbəbdən intihar etməsi məlum deyil

Azərbaycanın Şəki rayonunda iki uşaq anası intihar edib. Bu barədə Şəki rayon-şəhər Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə rayonun Oxut kəndində qeydə alınıb. 1970-ci il təvəllüdlü Şəki rayonu Oxut kənd sakini Şirinova Nüşabə Fərrux qızı özünü yaşadığı evin çardağından asaraq intihar edib. Mərhumun hansı səbəbdən intihar etməsi məlum deyil. Nüşabə Şirinovanın ailəli və iki uşaq anası olduğu bildirilir. Faktla bağlı Şəki şəhər Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR