Şəkidə qadının bank kartından oğurluq edən şəxs saxlanılıb

Şəkidə qadının bank kartından oğurluq edən şəxs saxlanılıb
KRİMİNAL
11:47 15.11.2021
495
Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edən, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş şəhər sakini Elnur Nurəhmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, instaqram sosial şəbəkəsində tanış olduğu şəxsə özünü bank işçisi, eləcə də xeyriyyəçiliklə məşğul olan biri kimi təqdim edən E.Nurəhmədov ondan 1 450 manat pul alıb.

Zərərçəkmişdən aldığı pulla taxıl məhsulları alıb-satacağını, əldə etdiyi gəlirdən isə 1 450 manatın qarşılığında ona 2 500 manat qaytaracağını vəd edərək aldadıb.

Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin daha bir Şəki rayon sakininin kartından pul oğurladığı da müəyyən edilib. Belə ki, bankomatın qarşısında bir qadın ondan kartında olan pulu çıxarmasını xahiş edib. Kartın balansında 756 manat pulun olduğu görən E.Nurəhmədov qadına guya kartdan pul çıxarmağın mümkün olmadığını bildirib, əvəzində ona istifadə müddəti bitən başqa plastik kart verib.

Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin də qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

"Elnur Nurəhmədovun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in "102” Zəng Mərkəzinə və Şəki Şəhər Rayon Polis Şöbəsinin (02424) 4-25-50 şəhər, (055)628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
20:39 04.11.2026
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
20:31 04.11.2026
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
20:25 04.11.2026
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
20:20 04.11.2026
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
20:16 04.11.2026
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
20:12 04.11.2026
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
20:07 04.11.2026
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
20:02 04.11.2026
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:00 04.11.2026
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
19:46 04.11.2026
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
19:32 04.11.2026
Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
19:11 04.11.2026
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
18:58 04.11.2026
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
18:49 04.11.2026
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
18:36 04.11.2026
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər