Şəkidə qanlı olay

SOSİAL
12:23 03.08.2016
1540
Şəki rayon sakini həmyerlisinə pnevmatik tüfəngdən atəş açıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, avqustun 1-də Şəki rayonun Aşağı Göynük kəndində rayon sakini İkram Kərimov xuliqanlıq zəminində pnevmatik tüfəngdən atəş açaraq həmyerlisi Rəhman Əlfətova ayaq nahiyəsindən xəsarət yetirib.
Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Kərimov tutulub, ondan müvafiq sənədləri olan “Striker” markalı pnevmatik tüfəng götürülüb.
OXŞAR XƏBƏRLƏR