Şəkidə sakinlərin “mavi yanacaq”dan necə istifadə etmələrini araşdırmaq məqsədi ilə reydlər keçirilib.
AZXEBER.COM-un məlumatına görə, son dövr ölkə ərazisində dəm qazından boğulma hallarında artım müşahidə olunduğundan bu sahəyə diqqət artırılıb.Keçirilən reydlər zamanı təhlükəsizlik qaydalarının pozulması halları aşkar edilərək aradan qaldırılıb.Şəhərin Qışlaq yaşayış məntəqəsində Qara Qarayev və Əli Cəfərov küçələrində fərdi yaşayış evlərinə texniki baxış keçirilib. Baxış zamanı sayğac daxil olmaqla mənzillərin bütün daxili qaz xətlərinin vəziyyəti yoxlanılıb. Reydlər zamanı qaz istismar sahəsinin əməkdaşları həmişə olduğu kimi müəyyən çətinliklərlə qarşılaşıblar. Bəzi vətəndaşların qapını açmaması, həmin mənzillərdə baxış keçirilməsini mümkünsüz edib.Baxış zamanı bəzi mənzillərdə qanun pozuntuları aşkarlanıb. Təhlükəsizlik qaydalarına riayət etməyən sakinlərə qarşı xəbərdarlıq edilib. İstifadəsi qadağan olunan rezin borular götürülüb. Ləğv edilən xətlər idarə əməkdaşları tərəfindən plomblanıb. Daxili qaz avadanlıqlarına dair texniki baxış və profilkatik xidmət işlərinin keçirilməsi haqqında aktlar tərtib edilib və sənədin bir nüsxəsi mənzil sahiblərinə təqdim ediilb.