Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəkidə şəhid atası vəfat edib - FOTO
SOSİAL
23:23 19.06.2026
209
Şəki şəhərindən Birinci Qarabağ müharibəsinə qatılan şəhid Könül Qəhrəmanovanın atası Kamran Qəhrəmanov bu gün vəfat edib. 

AZXEBER.COM Bizim.meda-ya istinadən xəbər verir ki, onun uzun illərdir xəstəlikdən əziyyət çəkdiyi qeyd olunub.

Bildirilib ki, şəhid atası sabah dəfn olunacaq. 

Qeyd edək ki, şəhid Könül Qəhrəmanova 1972 ci il Şəkidə doğulub.1991-ci ilin noyabr ayından ali məktəbi yarımçıq qoyaraq cəbhəyə yollanıb. 1992-ci il sentyabr aylarında Xocalı, Ağdam, Ağdərə rayonlarında tibb bacısı kimi yaralılara kömək edib. 1992-ci il Ağdamın Cinli kəndində gedən ağır döyüşlər zamanı düşmən gülləsinə tuş gəlib. Şəkidə dəfn olunub.

Allah rəhmət eləsin!

 


OXŞAR XƏBƏRLƏR