Şəkidə talassemiya və hemofiliyalı xəstələr üçün qan verildi

Şəkidə talassemiya və hemofiliyalı xəstələr üçün qan verildi
Bütün Xəbərlər
09:45 26.11.2012
1203

Şəki şəhərindəki “İmaməli” məscidində təşkil edilən aksiyada 50-dən artıq könüllü iştirak edib.

AZXEBER.COM-un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşəbbüsü ilə keçirilən xeyriyyə aksiyasının məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımıza yardım eməkdir.Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının Şəki regional bölməsinin həkimlərinin nəzarəti ilə keçirilən aksiyada 50-dən artıq könüllü qan verib. Toplanan qanın laborator müayinəsindən keçirildikdən sonra talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadəsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR