Azərbaycanda toyda dava düşüb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Kiş kəndində keçirilən toy mərasimində qeydə alınıb. Toyda iştirak edən bir neçə nəfər arasında rəqs üstündə dava düşüb.Nəticədə bir nəfər, 1974-cü il təvəllüdlü Namiq Nemət oğlu Musayev xəsarət alıb. Yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, hazırda yaralının vəziyyəti orta ağırdır.