Şəkidə üç uşaq anası özünü asdı

Şəkidə üç uşaq anası özünü asdı
Bütün Xəbərlər
12:14 30.05.2014
1379
Şəki rayonunda intihar hadisəsi baş verib
Şəki Rayon-Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Aşağı Göynük kəndində qeydə alınıb.
Rayonun Aşağı Göynük kənd sakini, 1965-ci il təvəllüdlü Mərhəmət Süleyman qızı Rüstəmovanın meyiti yaşadığı evin həyətindəki tövlədə asılmış vəziyyətdə aşkar edilib. Mərhəmət Rüstəmovanın üç övladının olduğu və son zamanlar xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Şəki Şəhər Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR