Şəkidə, Marxal kəndinin ərazisində yerləşən eyniadlı kurort kompleksinin inşası bu ilin aprelində yekunlaşacaq.
Şəki Şəhər icra Hakimiyyətindən bildirilib ki, yeni kompleksin layihələndirilməsini Bakı Dövlət Layihə İnstitutunun əməkdaşları həyata keçirir.Belə ki, istirahət kompleksi 30 hektara yaxın ərazini əhatə edir. Layihəyə gorə, burada yeddimərtəbəli mehmanxana, umumi tutumu 450-600 yerlik restoran, 12 kottec, 2 acıq tipli hovuz, ümumi sahəsi 2 min 250 kvadratmetr olan ticarət-əyləncə mərkəzi, 250 yerlik yay teatrı, SPA mərkəzi və idman meydançaları inşa ediləcək.İstirahət kompleksində, həmçinin ikimərtəbəli xidmət evi, ayrıca qeydiyyat üçün bina, göl üzərində kafe, bütün növ mühəndis qurğuları, transformator yarımstansiyası, su anbarları, nasosxana və 3 qazanxananın tikiləcəyi də nəzərdə tutulur. Hazırda kompleksin əsas binası və qurğuların inşası istiqamətində iş aparılır.