Şəkidə yol qəzası: xəsarət alan var

Şəkidə yol qəzası: xəsarət alan var
SOSİAL
19:56 19.02.2019
4467
Şəki rayonunda yol qəzası baş verib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, 31 yaşlı Tehran Ramazanovun idarə etdiyi "VAZ-21099" markalı avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR