Şəkiyə gələn falçı oğru çıxdı

Şəkiyə gələn falçı oğru çıxdı
Bütün Xəbərlər
10:00 08.12.2012
1498

Fala baxmaq adı ilə kənd sakininin etibarını qazanan qadınlar sonradan evdən oğurluq edib.

Şəki Şəhər Polis Şöbəsindən Gün.Az-a verilən məlumata əsasən, rayonun Baltalı kənd sakini Xurmayə Cumayeva polis şöbəsinə müraciət edərək, tanımadığı iki qadın tərəfindən soyulduğunu bildirib.İlkin araşdırmalarla məlum olub ki, iki qadın fala baxmaq adı ilə onun etibarını qazanıb daha sonra isə mənzilindən 300 manat pul, 2 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və mobil telefonunu oğurlayıblar.Şəhər Polis Şöbəsi və Şəki Rayonlararası Mühafizə Şöbəsinin həyata keçirdiyi axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin şəxsiyyətləri müəyyən edilib.Belə ki, keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəlilər “VAZ 2107” markalı avtomobillə Şəkini tərk edərkən polis tərəfindən saxlanılıb. Saxlanılan şəxslər 32 yaşlı Elnarə Şəmilova və onun yetkinlik yaşına çatmayan 12 yaşlı qızı Mirvari Şəmilova saxlanılıb. Polis əməkdaşları həmçinin qadınları gətirən Abşeron rayon sakini 27 yaşlı Alim Əsədovu saxlayıb.İlkin dindirilmə zamanı Elnarə Şəmilova törətdiyi əməli etiraf edərək əməlindən peşman olduğunu bildirib. Faktla bağlı Şəki Şəhər Polis Şöbəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.

OXŞAR XƏBƏRLƏR