Səkkiz illik məhkəmə çəkişməsi: “Baxçasaray” MTK ədalətə nail oldu - FOTO

SOSİAL
12:59 17.01.2022
344
Kütləvi İnformasiya Vasitələri kütləvi şəkildə vətəndaşların hüquqlarını pozan tikinti şirkətlərinin özbaşınalığına həsr olunmuş saysız-hesabsız məqalələr dərc etmişdir. Bir çox hallarda məsuliyyətsiz tikinti şirkətləri vətəndaşlara düşən təzminatı ödəməkdən boyun qaçırmış, hətta sakinlər öz evlərini tərk etmədən belə söküntü işlərinə başlanılmışdır.

Bəzən isə elə hallar olur ki, tikinti şirkətinin özü qurbana çevrilir. "Haqqın.az” saytı belə bir unikal məhkəmə işi ilə qarşılaşmışdır. Bu məhkəmə işinə görə, Bakı sakini 8 il ərzində şirkəti şantaj edərək, böyük yaşayış kompleksinin tikintisini dondurmağa nail olmuşdur.

Söhbət "Bağçasaray” MTK-dan gedir. 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Xətai rayonu Nobel prospekti 134 C ünvanında tikintisinə icazə verilmiş müasir və komfortlu yaşayış kompleksi 6 hektar ərazidə salınmalı idi. Bütün lazımi icazə sənədlərinə malik olan şirkət ləngimədən layihənin icrasına başladı.

Lakin tikinti işlərinə başlamağa imkan tapmamış, tikinti sahəsində Adəm İsmayılov adlı biri peyda olmuş, bu ərazinin ona məxsus olduğunu və "Bağçasaray” MTK şirkətinin ərazidə tikinti işlərinin aparmaq hüququna malik olmadığını iddia etməyə başladı. Həmin şəxs şirkət rəhbərliyini məhkəməyə verməklə hədələyərək, şirkətdən böyük məbləğdə pul tələb etməyə başladı.


Şirkətin hüquqşünasları bir daha bütün icazə sənədlərini nəzərdən keçirərək yekdil qərara gəldilər ki, "çağırılmamış qonağın iddiaları əsassızdır və bu səbəbdən tikinti işləri davam etdirilməlidir.

 

Lakin Adəm İsmayılov da təslim olmaq istəmirdi. O, qohumu Sübhan Zayidovun vasitəsilə müxtəlif məhkəmə orqanlarına və bütün instansiyalara şikayət ərizələri göndərməyə başladı. Müəyyən məqamda şikayətlərin sayı o həddə çatdı ki, məhkəmə orqanları "vəziyyəti aydınlaşdıranadək” yaşayış kompleksinin tikintisinə müvəqqəti qadağa qoymaq qərarına gəldi. Beləliklə də, vəziyyətin aydınlaşdırılmasına 8 il vaxt tələb olunub.


Çoxsaylı məhkəmə çəkişmələrindən sonra ədalət nəhayət ki, öz yerini tapdı. Azərbaycan Respublikasının ali ədalət mühakiməsi orqanı sayılan Konstitusiya Məhkəməsi də "Baxçasaray” MTK-nin lehinə qərar çıxardı.

Nəhayət ki, məhkəmələrin ədalətli qərarları ilə tikinti şirkətinə qarşı 8 illik şantaja son qoyuldu. Bununla belə, yaşayış kompleksinin tikinti müddəti ilə bağlı bütün planları alt-üst oldu. Şirkətin bu müddət ərzində külli miqdarda vəsait itirdi.
 
Qeyd edək ki, Baxçasaray MTK YENİ HAYAT Şirkətlər Qrupuna dixildir.
 
///1news.az
 

 

 


OXŞAR XƏBƏRLƏR