Bu gün saat 18:00-dək Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər rayonlarına, Yevlax və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
AZXEBER.COM Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, fasilə qaz nəqli sistemində ölçü qovşaqlarının yenidən qurulması ilə əlaqədardır.