Selena Qomez ağır xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb

MAQAZİN
10:18 05.11.2024
221
Tez-tez artıq çəkilərinə görə tənqidlərlə üzləşən dünyaca məşhur müğənni Selena Qomez iradlara cavab verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o ilk dəfə ağır xəstəliyindən danışıb.
 
Sənətçi, SIBO (kiçik bağırsaq bakteriyasının çoxalması sindromu - red.) xəstəliyindən əziyyət çəkdiyini bildirib:
 
"Bağırsaq problemi məni xəstə edib. Zaman-zaman daha da pisləşir. Görünüşümün necə olmağı məni maraqlandırmır. Mən sadəcə bir insanam" deyə Qomez bütün qınaqlara cavab verib.
 
Xatırladaq ki, bundan əlavə, müğənni uzun müddətdir ki, nadir otoimmün xəstəlikdən - sistemik lupus eritematozdan əziyyət çəkirdi. Xroniki xəstəlik ciddi fəsadlara səbəb oldu və 2017-ci ildə dostu Fransia Raisanın donorluğu ilə böyrək transplantasiyası həyata keçirilib.

Qomez bir müddət əvvəl səhhətindəki problemlərə görə uşaq sahibi ola bilməyəcəyini etiraf etmişdi.
 
Aysel

OXŞAR XƏBƏRLƏR