"Selfi" çəkmək üçün qayaya çıxan qız yıxılıb öldü

"Selfi" çəkmək üçün qayaya çıxan qız yıxılıb öldü
MARAQLI
16:00 14.07.2021
1623
"Selfi" çəkmək üçün qayalıqlara çıxan fenomen uçurumdan yıxılaraq öldü.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qayalıq ərazilərdə təhlükəli pozlar verib, instaqramda fenomen olan 32 yaşlı Sofia Cheung qayalıqların üstündə selfi çəkdiyi vaxtda 4 metr yüksəklikdən yıxılıb.

Sofia şəlalənin üstündə şəkil çəkdirən zaman ayağı sürüşüb və aşağıdakı gölə düşüb. Ağır yaralanan Sofia xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Sofia təhlükəli yerlərdə selfi çəkməklə qısa vaxtda fenomen olmuşdu.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR