“Selfie” çəkdirmək üçün artıq əllərimizə ehtiyac olmayacaq - FOTO
Bütün Xəbərlər
13:52 12.11.2014
1012
“İntel”in təşkil etdiyi "Make It wearable” beynəlxalq yarışmasının qalibi Nixie adlı gənc olub.Yarışmada birinciliyi qazanan Nixie inanılmaz xüsusiyyətləriylə “selfie” anlayışını yenidən başa salıb. Nixie xüsusi kamera icad edib. Biləyə taxılan və şəkil çəkmək istədiyinizdə uzaqdan idarə ilə uçan, şəkil çəkdikdən sonra da öz-özünə geri dönə bilən kamera hamının marağına səbəb olub. Gəncin layihəsi sayəsində artıq insanlar dənizə tullanarkən, yolda gedərkən və ya avtomobil idarə edərkən ən mükəmməl “selfie”ni çəkə biləcəklər. Xüsusi kamera sayəsində “selfie” çəkdirərkən kameranın görüntüsünü, effektini dəyişməyə ehtiyac olmayacaq.