Səlim Müslümov 280 nəfəri işdən çıxartdı

Səlim Müslümov 280 nəfəri işdən çıxartdı
Bütün Xəbərlər
16:53 11.07.2014
1300

“Ötən müddətdə fəaliyyətində qanun pozuntularına yol vermiş 280 nəfər tutduğu vəzifəsindən azad edilib, daxili nəzarət qaydasında aparılmış araşdırmaların nəticələri 5 halda hüquq mühafizə orqanlarına göndərilib. İnzibati tədbirlərlə yanaşı, şəffaflığın tam təmin edilməsinin modern üsullarının tətbiqi də getdikcə intensivləşdirilir”. 

Bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirib. 

Onun sözlərinə görə, son bir il ərzində ölkədə iqtisadi fəal əhalinin sayı 1,5 faiz artaraq 2014-cü ilin 1 iyul tarixinə 4 milyon 794 min nəfərə, məşğul əhalinin sayı isə 1,7 faiz artaraq 4 milyon 556 min nəfərə çatıb:

“Bütövlükdə, cari ilin aprel ayından 86452 nəfər şəxsin müavinəti və təqaüdü artırılıb ki, bu artımların maliyyələşdirilməsinə hər ay əlavə olaraq 2,1 milyon manat vəsait yönəldilir.

2014-cü ilin ilk yarısında sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənilməsi üçün ümumilikdə dövlət büdcəsindən 145,6 milyon manat vəsait xərclənib”.

 

OXŞAR XƏBƏRLƏR