Son illərin qlobal iqtisadi-maliyyə böhranı İƏT-ə üzv dövlətlərin əmək bazarına təsirsiz ötüşməyib, bir sıra dövlətlərdə çoxsaylı iş yerlərinin bağlanmasına səbəb olub. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitənin ilk iclası deyib. Onun sözlərinə görə, 2012-ci ildə dünya üzrə gənclərin işsizlik səviyyəsi 12.6 faiz olduğu halda, İƏT ölkələri üzrə orta göstərici 15.6 faiz olub: "Reallıq budur ki, hazırda dünyanın digər inkişaf etmiş regionları ilə müqayisədə İƏT regionunda ümumi və ayrı-ayrı əhali qrupları üzrə məşğulluq səviyyəsi aşağı olaraq qalır". Nazir bildirib ki, bununla belə, Ermənistanın Azərbaycana hərbi təcavüzünün ölkəmizin iqtisadi-sosial inkişafında böyük maneə olduğu deyib: "Bu təcavüz nəticəsində Azərbaycan iqtisadiyyatına 60 milyard dollardan çox ziyan dəyib. Lakin son 10 ildə ölkəmizin ümumdaxili məhsulu 3.4 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,6 dəfə artıb, iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 132 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları 50 milyard dolları ötüb".