Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir
İQTİSADİYYAT
10:54 07.04.2026
1647
7 aprel 2026-cı il, Bakı – 7 aprel Azərbaycan Hava Yollarının (AZAL) yaranmasının 34-cü ildönümüdür. 1992-ci ilin məhz bu günündə təsis edilmiş AZAL sərnişinlərinə təhlükəsiz və fasiləsiz uçuşlar təqdim etməyi əsas prioritet kimi müəyyən edib. Bu əlamətdar tarix ölkəmizin dünyanın müxtəlif ölkələri ilə hava əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış ən mühüm addımlardan birini təmsil edir.

Yerli uçuşlar həyata keçirən milli aviadaşıyıcı kimi fəaliyyətinə başlayan AZAL 34 il ərzində Azərbaycanda mülki aviasiyanın inkişafında əvəzolunmaz bir rol oynamış və regionun aparıcı aviaşirkətlərindən birinə çevrilmişdir. Donanmanın və marşrut şəbəkəsinin genişləndirilməsi, beynəlxalq təhlükəsizlik və xidmət standartlarının tətbiqi, həmçinin ixtisaslı aviasiya kadrlarının hazırlanması AZAL-ın fəaliyyəti müddətində əsas strateji prioritet olaraq qalır. 

Hazırda AZAL-ın donanmasında "Boeing”, "Airbus” və "Embraer” tipli 30-a yaxın müasir və yüksək komfortlu hava gəmisi mövcuddur. 2032-ci ilədək donanmanın 50-dən çox təyyarə ilə genişləndirilməsi planlaşdırılır. Bundan əlavə, AZAL yerli aviasiya kadrlarının peşəkar pilot kimi yetişdirilməsinə investisiya edərək insan kapitalının inkişafına əhəmiyyətli töhfə verir. Bu hədəflərin hər biri AZAL sərnişinlərini rahat səyahət imkanları ilə təmin etmək missiyasına xidmət edir.

Yeni istiqamətlərə, yeni hədəflərlə

AZAL-ın daim genişlənən marşrut şəbəkəsi Azərbaycanın qlobal miqyasda hava əlaqələrini gücləndirərək ölkəmizdə nəqliyyat və turizm imkanlarının inkişafında əhəmiyyətli rol oynayır. Belə ki, 2022-ci ildən bu günə kimi sərnişinlərin yeni mədəniyyətləri kəşf edə biləcəyi istiqamətlərin sayı təxminən iki dəfə artıb. Hazırda AZAL sərnişinlərinə dünyanın müxtəlif regionlarında yerləşən çoxsaylı şəhərlərə birbaşa uçuşlar təklif edir. Marşrut şəbəkəsinin ardıcıl şəkildə genişləndirilməsi həm işgüzar səfərlər, həm də turistik səyahətlər üçün daha geniş seçim imkanı yaradır, həmçinin Azərbaycanın əsas tranzit mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.

Təhlükəsizlik və peşəkarlıq dəyişməz prioritet kimi

Fəaliyyət göstərdiyi bütün dövrlər ərzində AZAL uçuş təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq əməliyyat proseslərini beynəlxalq aviasiya standartlarına uyğun şəkildə inkişaf etdirib. Pilotların hazırlanması ilə yanaşı texniki heyət və kabin əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün təlim proqramları həyata keçirilir. Yerli mütəxəssislərin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə praktiki təlimlərə cəlb olunması Azərbaycanda peşəkar aviasiya mühitinin formalaşmasına mühüm töhfə verir. 
Eyni zamanda, beynəlxalq aviasiya qurumları ilə əməkdaşlıq çərçivəsində təhlükəsizlik, texniki xidmət və əməliyyatların idarə olunması sahələrində qabaqcıl təcrübələr tətbiq edilir. Bu yanaşma ölkənin milli aviadaşıyıcısına sərnişinlərə etibarlı, təhlükəsiz və yüksək keyfiyyətli xidmət təqdim etməyə imkan yaradır. 

Qlobal aviasiya məkanında tanınan nailiyyətlər
Təsadüfi deyil ki, 34 illik fəaliyyəti ərzində AZAL xidmət keyfiyyəti, təhlükəsizlik standartları və sərnişin məmnuniyyəti sahəsində əldə etdiyi nəticələrlə müxtəlif nüfuzlu mükafatlara layiq görülüb. 2015-ci ildə Böyük Britaniyanın dünyaca məşhur və aviaşirkətlərin xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində ən mötəbər konsaltinq şirkəti "Skytrax” Azərbaycan Hava Yollarına nüfuzlu "4 ulduz” reytinqi verib. 2025-ci ildə isə AZAL artıq 5-ci dəfə sözügedən mükafatla təltif olunub.

Bununla yanaşı, "SkyTrax” şirkəti 2018-ci ildə AZAL-ı "Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət” kimi tanıyıb. Bu nailiyyətin üzərindən çox keçmədən, 2020-ci ildə aviasiya analitik-sorğu nəşri olan "Official Airline Guide” ("OAG”) Azərbaycan Hava Yollarını Avropanın 2019-cu ilin ən punktual aviaşirkəti kimi tanıyıb. Ötən il isə AZAL "Skytrax” təşkilatının keçirdiyi "World Airline Awards 2025” mükafatı çərçivəsində "Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi elan olunub.

Böyük Qayıdış: Qarabağ səmasında əlamətdar dönüş nöqtəsi

Azərbaycanın milli aviadaşıyıcısı üçün xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri 2021-ci ildə uzun fasilədən sonra Qarabağ səmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnallarının yenidən ötürülməsi olub. Bu siqnalları ilk qəbul edən məhz AZAL təyyarələri olub. 

Yeni üfüqlərə doğru
34 illik bu inkişaf yolu ərzində əldə olunan uğurlar AZAL-ın regionda rəqabətqabiliyyətli mövqeyini və beynəlxalq aviasiya məkanında etibarlı daşıyıcı kimi nüfuzunu bir daha təsdiqləyir. 

AZAL-ın gələcəyə yönəlmiş inkişaf strategiyası yalnız sərnişinlərə təhlükəsiz və rahat uçuş təcrübəsi təqdim etməyi deyil,  eyni zamanda ölkəmizi qlobal hava məkanlarında etibarlı şəkildə birləşdirən mühüm nəqliyyat qovşağı kimi möhkəmləndirməyi hədəfləyir. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
20:12 04.11.2026
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
20:07 04.11.2026
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
20:02 04.11.2026
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:00 04.11.2026
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
19:46 04.11.2026
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
19:32 04.11.2026
Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
19:11 04.11.2026
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
18:58 04.11.2026
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
18:49 04.11.2026
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
18:36 04.11.2026
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!