Azərbaycan Dillər Universitetinin (ADU) rektoru tələbələrlə görüşdü.
AZXEBER.COM xəbər verir ki, tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov universitetin tarixi və təhsil həyatı barədə məlumat verib.Rektor bildirib ki, hər bir ali məktəb öz tələbələri ilə fəxr etməlidir.“Biz də öz tələbələrimizlə fəxr edirik ki, onlar bizim etimadımızı doğruldur, universitetin nüfuzunu daha da artırırlar. ADU-da dil tədris olunmaqla yanaşı, həmin ölkələrin mədəniyyət mərkəzləri də fəaliyyət göstərir ki, bu da tələbələrin dil vərdişlərinə daha da dərindən yiyələnməsinə xidmət edir”.Hər bir tələbənin öz qarşısına məqsəd qoymasının vacibliyindən danışan rektor bununla yanaşı, əsl vətəndaş olmağın vacibliyini vurğulayıb:“Sizdən bir məsələ tələb olunur: oxumaq, təhsil almaq və öz vətəndaş mövqeyinizi ortaya qoymaq”.Sonra ADU-ya ən yüksək balla qəbul olmuş 9 tələbəyə tələbə bileti və qiymətli hədiyyələr təqdim olundu.Qeyd edək ki, 2013/2104-cü tədris ilində ADU-ya qəbul planı 1637 nəfər təşkil edib ki, bunun da 1463 nəfəri bakalavr, 174 nəfəri isə magistrdır.