"Nəriman Həsənzadə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Beynəlxalq Muğam Mərkəzində keçirilən Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində Səməd Seyidov deyib.
O bildirib ki, Nəriman Həsənzadə öz şəxsiyyəti ilə Azərbaycan ədəbiyyatının fəlsəfəsini, məhəbbətini və dərinliyini təcəssüm etdirən nadir simalardan olub:
"Nəriman Həsənzadə öz şəxsiyyəti ilə sanki Azərbaycan ədəbiyyatının incilərini, onun fəlsəfəsini, məhəbbətini və dərinliyini özündə əks etdirirdi. Mən bunu dəfələrlə demişəm. Əgər səmimiyyət üçün bir meyar olsaydı, o, məhz Nəriman Həsənzadənin şəxsiyyəti səviyyəsində müəyyən edilərdi".
Səməd Seyidov qeyd edib ki, Xalq şairinin adı və yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutacaq:
"Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının və Azərbaycan xalqının yaddaşında əbədi qalacaq".
Fəridə Əsədzadə











































