Şəmkirdə 17 yaşlı gənc özünü ov tüfəngi ilə güllələdi

Şəmkirdə 17 yaşlı gənc özünü ov tüfəngi ilə güllələdi
SOSİAL
10:57 21.03.2021
1571

Şəmkirdə intihar hadisəsi baş verib.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumatına görə, 2004-cü il təvəllüdlü Vüqar Əhmədov özünə qəsd edib.

O, Şəmkir rayonunun Ceyrançöl ərazisində çoban işlədiyi fermada ov tüfəngi ilə ürək nahiyəsinə atəş açaraq intihar edib.

Hadisənin ilkin səbəbi kimi V. Əhmədovun psixoloji problemlərinin olması göstərilir.
OXŞAR XƏBƏRLƏR