Şəmkirdə 24 yaşlı qızı döydülər

Şəmkirdə 24 yaşlı qızı döydülər
Bütün Xəbərlər
10:15 04.03.2016
2376
Ona dərhal tibbi yardım göstərilib.
Şəmkirdə döyülmə faktı qeydə alınıb.
AZXEBER.COM xəbər verir ki, APA-nın verdiyi məlumata görə, rayonun Qapanlı kənd sakini, 1992-ci il təvəllüdlü Aysel Məmmədova qarının küt travması və hər iki biləyinin xəsarəti əlamətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
Qızın yaxınları bildiriblər ki, o qonşuluqda yaşayan bir neçə nəfər tərəfindən döyülüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR