AZXEBER.COM-un Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, hadisə rayonun Kür qəsəbəsində baş verib. Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Seymur Mehdiyev qohumu, 1987-ci il təvəllüdlü Elnar Cəfərovla mübahisə edərək onu bıçaqlayıb.Yaralı dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun səhhətinin normal olduğu bildirilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.