Son iki gün ərzində Şəmkir rayonunda 3 intihar hadisəsi baş verib.
Bu barədə məlumatı Şəmkir Rayon Prokurorluğundan veriblər.Məlumata görə, hadisələrdən biri ötən gecə rayonun İrmaşlı kəndində qeydə alınıb. 1951-ci il təvəllüdlü Hikmət Nağıyev özünü asaraq intihar edib. Digər hadisə də dünən rayonun Dəllər qəsəbəsində baş verib.Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Ceyhun Abbasov özünü asıb. Başqa bir hadisə isə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Aynur Dilmanlı özünü asaraq intihar edib.Şəmkir Rayon Prokurorluğunda hər üç faktla bağlı araşdırma aparılır.