Şəmkirdə 51 yaşlı kişi bıçaqlandı

Şəmkirdə 51 yaşlı kişi bıçaqlandı
HADİSƏ
20:45 17.11.2025
120
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, insident Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 56 yaşlı Əbülfəz Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat edilib və hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, Əbülfəz Həsənov həmkəndlisi, 51 yaşlı Əlövsət Həsənov tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR