Şəmkirdə ağır yol qəzasında 7 nəfər ölüb

Şəmkirdə ağır yol qəzasında 7 nəfər ölüb
HADİSƏ
08:33 07.08.2025
180
Şəmkirdə ağır yol qəzası baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR