Şəmkirdə avtomobil aşıb - Sürücü ölüb

Şəmkirdə avtomobil aşıb - Sürücü ölüb
Bütün Xəbərlər
12:52 08.11.2013
1102

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rayon sakini 19 yaşlı Məstan Hüseynov idarə etdiyi "Toyota Prado" markalı avtomobili sərt döngədə aşırıb. Nəticədə sürücü hadisə yerindəcə ölüb.

Hadisə Şəmkir-Kür qəsəbəsi avtomobil yolunun Mahmudlu kəndi ərazsindən keçən hissəsində baş verib.

İlkin ehtimala görə, qəzaya avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub.(TREND)

OXŞAR XƏBƏRLƏR