Şəmkirdə dəhşətli qəza - Sürücülər öldülər

Şəmkirdə dəhşətli qəza - Sürücülər öldülər
SOSİAL
13:35 10.01.2017
808

 

Şəmkir rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Hadisə rayonun Səməd Vurğun kəndində qeydə alınıb. "KİA" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində "KİA"-nın sürücüsü, rayonun Yeniabad kənd sakini Cəmşid Əhmədov və digər sürücü Əbülfət Məmmədov hadisə yerində ölüblər. Məlumata görə, "Toyota" markalı avtomobil şirkətlərdən birinə məxsusdur.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

///APA

 

OXŞAR XƏBƏRLƏR