Şəmkirdə dərədən tapılan meyitlə bağlı yeni təfərrüatlar

Şəmkirdə dərədən tapılan meyitlə bağlı yeni təfərrüatlar
HADİSƏ
22:16 26.01.2026
952
Şəmkir rayonunda dərədən meyiti tapılan şəxsin qətlə yetirildiyi müəyyənləşib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü A. Nəbiyevin başına küt alətlə zərbə endirilib. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

İlkin məlumata görə, 56 yaşlı kişi oğlu tərəfindən qətlə yetirilib. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR