Şəmkirdə idarəetmədən çıxan avtomobil aşıb, xəsarət alanlar var

Şəmkirdə idarəetmədən çıxan avtomobil aşıb, xəsarət alanlar var
HADİSƏ
23:16 04.10.2025
295
Şəmkirdə idarəetmədən çıxan avtomobil aşıb.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Düyərli kənd ərazisində baş verib.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR